• 26 Aprel 2024
logo
Güneyli rəssamın İstanbulda sərgisi keçiriləcək

Güneyli rəssamın İstanbulda sərgisi keçiriləcək

İyunun 9-dan 24-ə kimi İstanbulda Güney azərbaycanlı rəssam Reyhan Cabbarinin rəsm sərgisi keçiriləcək.
Baymedia.az xəbər verir ki, bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, sərgidə rəssamın 35 əsəri nümayiş olunacaq.
Qeyd edək ki, karyerasını təkmilləşdirmək üçün 2015-ci ildə İstanbula gedən Reyhan Cabbari rəssamlıq, fotoqrafiya, memarlıq və dizayn kimi sənət sahələrində çalışır.