• 9 Oktyabr 2024
logo
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olub

Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olub

Sentyabrın 25-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Astananın Sülh və Əmin-amanlıq Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Konsert proqramında ansambl tərəfindən "Mənim Azərbaycanım süitası", "Qazaxı", "Nağaraçılar", "Qaytağı", "Toy", "Ağ çiçəyim", "Çayçı" rəqsləri, "Sarı gəlin" kompozisiyası, "Vətən süitası" və digər nömrələr ifa edilib. Ansamblın rəngarəng çıxışlarını qazaxıstanlı tamaşaçılar gur alqışlarla mükafatlandırıb. Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb.

Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olubQazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olubQazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olubQazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olubQazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olub