Təbriz şəhərinin mərkəzində yerləşən tarixi Gülüstan bağında uzun ömürlü ağaclar kəsilir, yaşıllıq zolağı məhv edilir.
Baymedia.az xəbər verir ki, bu barədə yerli ekofəallar məlumat yayıb.
“Təbriz bələdiyyəsi Gülüstan bağı ərazisinin 1000 kvadratmetrini təhlükəsizlik orqanlarından birinin ixtiyarına verib. Bundan sonra tarixi parkda ağaclar kəsilib və yaşıllıq zolağının məhv edilməsi davam edir”,- məlumatda bildirilib.
5.2 hektar ərazisi olan və şəhərin mərkəzində yerləşən Gülüstan bağı Təbrizin, ümumilikdə isə İranın ən qədim şəhərdaxili parklarından biri sayılır.
Bir sıra tarixi qaynaqlarda hazırkı Gülüstan bağının ərəblərin Azərbaycanı işğalından sonra Abbasi xəlifəsi Harun ər-Rəşidin həyat yoldaşı Zübeydə Xatunun Təbrizə səfəri zamanı salındığı yazılıb.