• 27 İyul 2024
logo
Donetskdə azərbaycanəsilli şəxsi döyərək öldürdülər

Donetskdə azərbaycanəsilli şəxsi döyərək öldürdülər

Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan Makeyevka şəhəri yaxınlığında azərbaycanəsilli sakin Əhədulla Şirxan oğlu Qəniyev öldürülüb.

Baymedia.az Report-a istinadən xəbər verir ki, Ə.Qəniyevi qondarma Donetsk Respublikası silahlıları tərəfindən qətlə yetirilib.

Belə ki, silahlılar Makeyevka ətrafında yaşayan və uzun illərdir şəxsi təsərrüfatla məşğul olan soydaşımızı əvvəlcə qarət ediblər. Onun xırda tutumlu avtobusu əlindən alınıb. Buna etiraz etdikdə isə silahlılar tərəfindən avtomatın qundağı ilə döyülərək öldürülüb.

Qeyd edək ki, Ə.Qəniyev Azərbaycanın Lənkəran rayonunda anadan olub. O, uzun illərdir Donetskdə yaşayırmış.