• 24 Fevral 2024
logo
Vardanyana biz yardım edə bilmərik, Paşinyan da istəmir

Vardanyana biz yardım edə bilmərik, Paşinyan da istəmir

Ruben Vardanyan vaxtilə Rusiya vətəndaşlığından imtina edən uğurlu iş adamı, xeyriyyəçi, dollar milyarderi olub.

Baymedia.az xəbər verir ki, bu sözləri Rusiyanın “Birinci Kanal”ının şərhçisi Dmitri Kiselyov “Həftənin xəbərləri” verilişində Ruben Vardanyanın saxlanmasını şərh edərkən deyib.

Jurnalist qeyd edib ki, rəsmi İrəvan indi onun azadlığa buraxılmasına yardım üçün Rusiyaya üz tutur:

“Lakin Ruben Vardanyan artıq Rusiya vətəndaşı olmadığı üçün bizim burada kömək etmək imkanlarımız məhduddur. Amma saxlanılan şəxsə kömək etmək pis olmazdı, çünki Bakı şəhəri Səbail Məhkəməsinin qərarı ilə Ruben Vardanyan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib və onu “terrorizmin maliyyələşdirilməsi” maddəsi ilə 14 ilədək həbs cəzası gözləyir”.

Kiselyovun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Ruben Vardanyana kömək etməyə tələsmir:

“Çünki Vardanyan onun üçün ən güclü siyasi rəqibdir. Amerikalılara da Vardanyanın azad olması lazım deyil. Və reallıq belədir ki, Ruben Vardanyanın həyatı və bütün ümidləri indi yalnız bir şəxslə, Azərbaycan Prezidenti İlham Əliyevlə bağlıdır. Məhbusu əfv etmək yalnız onun səlahiyyətindədir. Əliyev artıq Qarabağ oyununda qalib gəlib və Vardanyan ona heç bir təhlükə yaratmır. Güclü mövqedən belə təsirli jest nəciblik və tolerantlıq rəmzi kimi hətta Azərbaycan xalqının dəstəyini də ala bilərdi. Ancaq burada tövsiyə etmək çətindir. Vardanyanı məhkəmə gözləyir”.