• 19 Aprel 2024
logo
Nikolun partiyası qalmaqallı seçkidə qalib gəldi

Nikolun partiyası qalmaqallı seçkidə qalib gəldi

Ermənistan Mərkəzi Seçki Komissiyası martın 26-da Qarakilsə və Anidə (Şirak vilayəti) Şəhər Şurasına keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.
Baymedia.az xəbər verir ki, ilkin nəticələrə görə, hər iki şəhərdə keçirilən seçkilərdə hakim Mülki Müqavilə Partiyası qalib gəlib.
Partiya Anidə 5180, Qarakilsədə isə 7325 səs toplayıb.
Seçici fəallığı Sisianda 49.63, Anidə isə 62.01 faiz təşkil edib.
Qeyd edək ki, seçkilər zamanı çoxsaylı qanun pozuntuları barədə şikayətlər ötən gündən yayılsa da, MSK onlara reaksiya verməyib.