• 19 Mart 2024
logo
Putin ordusunun uğursuzluğuna təəccüblənib - Heyns

Putin ordusunun uğursuzluğuna təəccüblənib - Heyns

Rusiya Prezidenti Vladimir Putin rus ordusunun Ukraynadakı uğursuzluğuna təəccüblənib.
Baymedia.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns deyib.
Onun sözlərinə görə, Kreml rəhbəri Ukrayna ilə bağlı uzunmüddətli planlarını dəyişməyib.
Heyns bildirib ki, Rusiya öz sursat ehtiyatlarından həddən artıq istifadə edib:
“Düşünürəm ki, Putin Rusiyada ordunun üzləşdiyi problemlərdən daha çox xəbərdar olur. Amma onun indiki mərhələdəki problemlər barədə tam təsəvvürünün olub-olmaması hələ də bizə aydın deyil. Biz silah-sursat, mənəviyyat, təchizat problemləri, logistika çatışmazlığı görürük”.