• 24 Aprel 2024
logo
Ukrayna rusların müasir anti-dron sistemini məhv etdi

Ukrayna rusların müasir anti-dron sistemini məhv etdi

Ukrayna ordusu Xarkovda Rusiyanın ən müasir texnikalarından biri olan "Silok" anti-dron sistemini sıradan çıxarıblar.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Komandanlığı məlumat yayıb.
“Silok”avtomatik olaraq hava obyektlərini aşkar etmək, onların koordinatlarını hesablamaq qabiliyyətinə malikdir. Yəni nəzəri olaraq, “Silok” telemetriyanı, onlara nəzarət etmək və operatorla əlaqə saxlamaq qabiliyyətini pozaraq PUA-ları yararsız hala salır. Ukrayna kəşfiyyatçıları qurğuya pilotsuz uçan aparatdan mərmi atıblar. Bir neçə məqsədyönlü zərbənin köməyi ilə döyüşçülər “Silok”u məhv edə biliblər”, - məlumatda deyilib.