• 27 İyul 2024
logo
İranda qəzaya uğrayan təyyarənin motor hissəsində yanğın baş verib

İranda qəzaya uğrayan təyyarənin motor hissəsində yanğın baş verib

İranın Tehran vilayətinin Pərənd şəhəri yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin motor hissəsində yanğın baş verib.

Bunu İranın Yol və Şəhərsalma Nazirliyinin rabitə və informasiya mərkəzinin direktoru Qasim Biniyaz IRNA-ya açıqlamasında deyib.

Q.Biniyazın sözlərinə görə, pilotun təyyarəni idarə edə bilməməsi qəzaya səbəb olub.

Nazirlik rəsmisi bildirib ki, Ukrayna hava yolları şirkətinə məxsus Boeing 737 təyyarəsi hər hansı raketlə vurulmayıb: "Təyyarə vurulsaydı, havada partlayardı. Ukrayna istiqamətində havaya qalxan təyyarədə 167 sərnişin və 9 ekipaj heyəti olub.

Nazirlik rəsmisi təyyarədə həm İran, həm də digər ölkələrin vətəndaşlarının olduğunu deyib.