• 12 İyul 2025
logo
Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 766-ya çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 766-ya çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 273 yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 650 981, ölənlərin sayı isə 16 766 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 630 654 nəfərin sağaldığı bildirilib.