• 26 May 2022
logo
London birjasında metal ehtiyatı 25 illik minimuma enib

London birjasında metal ehtiyatı 25 illik minimuma enib

London Metal Birjasında (LME) altı əsas müqavilə üzrə metal ehtiyatları 1997-ci ildən bəri ən aşağı səviyyəyə enib.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu, metalların daha da bahalaşmasının təhlükəsini artırır. Bildirilir ki, birja 250%-lik qiymət artımından sonra nikel bazarını dayandırdığı və milyardlarla dollarlıq ticarəti ləğv etdiyi üçün tənqid olunur. Böyük Britaniya tənzimləyiciləri LME-nin fəaliyyətini nəzərdən keçirməyə artıq başlayıblar.Qeyd edək ki, LME son həftələrdə ehtiyatların tükənməsi riskini həll etmək, o cümlədən "qısa" mövqelərin sahiblərinə çatdırılmalardan qaçmağa imkan verən bir qaydanın tətbiqi üçün öz qaydalarına köklü düzəlişlər etdi. Belə ki, nikel ehtiyatlarının azalmasından sonra metalların gündəlik qiymət dəhlizinə 15%-lik limit tətbiq edilib.

Xatırladaq ki, martın 8-də nikelin qiyməti iki dəfədən çox artaraq tarixdə ilk dəfə bir ton üçün 100 min ABŞ dollarına çatdı ki, bu səbəbdən birja sözügedən metalın ticarətini bir neçə günlük dayandırdı. Daha sonra, LME nikelin ticarətinə müəyyən qaydalarla icazə verdi.