• 29 Noyabr 2023
logo
Kreml: Putin ötən gün Ukraynada qoşunların irəliləyişini dayandırmaq əmrini verib

Kreml: Putin ötən gün Ukraynada qoşunların irəliləyişini dayandırmaq əmrini verib

Rusiya Prezidenti Vladimir Putin fevralın 25-də günortadan sonra gözlənilən danışıqlarla əlaqədar olaraq Ukraynada qoşunların irəliləyişini dayandırmaq əmrini verib.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, bu gün günortadan sonra danışıqlar aparılmadığından Rusiyanın əsas qüvvələrinin Ukraynada əməliyyat planına uyğun hərəkəti bərpa edilib.