• 7 Dekabr 2023
logo
Stoltenberq: “Rusiya Belarusa 30 minlik qoşun və müasir silahlar göndərir”

Stoltenberq: “Rusiya Belarusa 30 minlik qoşun və müasir silahlar göndərir”

Rusiya Belarusa aralarında xüsusi təyinatlı hərbçilər də olmaqla 30 minlik qoşun və müasir silahlar göndərir.
“Reuters” xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüsseldə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, Moskvanın “Soyuq müharibə”dən sonra ən böyük hərbi yerləşdirməsidir.
Baş katibin sözlərinə görə, Rusiyanın Belarusa göndərdiyi müasir silahlar arasında SU-35 qırıcı təyyarələri, ənənəvi və nüvə başlıqları daşımaq qabiliyyətinə malik “İsgəndər” raketləri və S-400 hava hücumundan müdafiə sistemləri də var.
Y. Stoltenberq qeyd edib ki, bütün bunlar Rusiyanın nüvə qüvvələrinin illik təlimləri ilə birləşdiriləcək.