• 24 Yanvar 2022
logo
Cenevrədə ABŞ-Rusiya danışıqları başlayıb

Cenevrədə ABŞ-Rusiya danışıqları başlayıb

Cenevrədə təhlükəsizlik zəmanətləri üzrə Rusiya-ABŞ danışıqları başlayıb.
Görüş qapalı formatda ABŞ-ın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyinin ərazisində keçirilir.
Məsləhətləşmələrdə əsas müzakirə mövzusu Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair müqavilə layihəsidir.
Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin başçılıq edir.
ABŞ-ı isə görüşdə Dövlət katibinin birinci müavini Vendi Şerman təmsil edir.