• 19 Aprel 2024
logo
Gürcüstanda COVID-19-a yoluxanların sayı 670 mini ötüb

Gürcüstanda COVID-19-a yoluxanların sayı 670 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 739 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 670 552, ölənlərin sayı isə 9 546 nəfərə çatıb.
Virusa yoluxanlardan 616 937 (92%) nəfərin sağaldığı bildirilir.