ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns Rusiyada səfir işlədiyi dönəmlə bağlı xatirələrini bölüşüb.
Berns etirafını “National Public Radio”ya müsahibəsində edib. MKİ şefi saçındakı ağ tüklərin böyük hissəsinin Rusiyada xidmət etdiyi dönəmdə yarandığını bildirib.
Qeyd edək ki, Berns martda MKİ direktoru olub. O, 2005-2008-ci illərdə ABŞ-ın Rusiyada səfiri kimi çalışıb. MKİ şefi olana qədər Karnegi Fonduna rəhbərlik edib.