Sakit okeanda, Şimali Kuril adası yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Şimali-Kurilsk şəhərindən 240 kilometr cənub-şərqdə, ocağı isə 39 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.