• 29 Mart 2024
logo
Rusiyada COVID-19-dan ölənlərin sayı 5 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 5 mini ötüb

Rusiyada son sutka ərzində daha 8863 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 423 741 nəfərə çatıb.

Son sutka ərzində 182 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 5037 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 186 985 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan sonra üçüncü yerdə gəlir.