• 23 Oktyabr 2024
logo
Paşinyan meydan oxudu: Məni dəyişə bilməyəcəksiniz!

Paşinyan meydan oxudu: Məni dəyişə bilməyəcəksiniz!

Klerikal-feodal elitasına deyirəm: siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, siz sadəcə olaraq gücsüzsünüz.

Baymedia.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentində iyunun 13-də 2023-cü il büdcəsinin icrasının müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan deyib.

“Onlar gəldilər, Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəyirlər ki, Qarabağı təslim etdikləri kimi, Ermənistanı da KTMT-yə təslim etsinlər. Amma mən klerikal-feodal elitaya açıq şəkildə demək istəyirəm: siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, siz sadəcə olaraq gücsüzsünüz”, - Paşinyan bildirib.

O vurğulayıb ki, müxalifət xalqdan doğan, xalqdan qidalanan legitimlik qarşısında sadəcə acizdir:

“Yalnız xalq Ermənistanda hakimiyyəti istədiyi vaxt dəyişə bilər. İstəsə, edəcək, istəməsə, etməyəcək”.