• 24 İyul 2024
logo
AB-də dəyişiklik: Mişel və Borrel gedir...

AB-də dəyişiklik: Mişel və Borrel gedir...

Estoniyanın Baş naziri Kaya Kallasın yeni Avropa Komissiyasında xarici siyasət və təhlükəsizlik siyasəti xidmətinə rəhbərlik etmək üçün hər şansı var.

Baymedia.az xəbər verir ki, bu barədə “Politiko” öz mənbələrinə istinadən məlumat yayıb.

Avropa diplomatiyası dairələrində və AB-də artıq Birlik rəhbərliyində əsas vəzifələrə namizədlərlə bağlı ümumi fikir formalaşmağa başlayır: Ursula fon der Leyen Avropa Komissiyasının prezidenti kimi qalacaq, Robert Metsola isə ikinci dəfə Avropa Parlamentinin sədri seçiləcək. Portuqaliyanın sabiq baş naziri Antonio Kosta hazırda Şarl Mişelin tutduğu Avropa Şurasının rəhbəri vəzifəsinə, Estoniyanın Baş naziri Kaya Kallas isə AB-nin baş avropalı diplomatı vəzifəsinə ehtimal olunan namizəd kimi baxılır”, - mənbə bildirib.

Qeyd edək ki, hazırda AB-nin baş diplomatı vəzifəsini Jozep Borrell tutur.