• 12 İyul 2024
logo
Azərbaycanlı namizədə qarşı kampaniya başladı

Azərbaycanlı namizədə qarşı kampaniya başladı

İran prezidentliyinə azərbaycanlı namizəd Məsud Pezeşkianın təbliğat kampaniyası çərçivəsində ilk çıxışından sonra ona qarşı hücumlar daha da artıb.

Baymedia.az xəbər verir ki, bu barədə İranın “Etimad” qəzeti məlumat yayıb.

“Mühafizəkar siyasi xəttə mənsub seçki qərargahlarında Məsud Pezeşkiana qarşı təxribat kampaniyasının başladılmasına göstəriş verilib”, - qəzet yazıb.

Həmçinin SEPAH-a bağlı “Cavan” xəbər agentliyi Məsud Pezeşkianın seçkilərdə qalib gələcəyi barədə proqnoz və məlumatları “saxtakarlıq və iğtişaşa çağırış” kimi dəyərləndirib.