• 20 May 2024
logo
Gürcüstan məhz Azərbaycandan ruhlanır

Gürcüstan məhz Azərbaycandan ruhlanır

Tbilisi ABŞ başda olmaqla Qərbə dirəniş göstərir

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsinin qəbulu daha çox Avropanın narahatlığına səbəb olub. ABŞ başda olmaqla Qərb Gürcüstana növbəti “səlib yürüşü”nə başlayıb. Xüsusən də hədə-qorxular daha da artıb. Mesajlarda qeyd olunu ki, bu qanunun qəbulu Gürcüstanı Avropadan uzaqlaşdıracaq və rəsmi Tbilisini çöküş gözləyir. Dövlət Departamentinin sözcüsü Metyu Miller kameralar qarşısında açıq şəkildə bildirib ki, sözügedən qanun Gürcüstanı təhlükəli trayektoriyaya sürükləyəcək. Onun sözlərinə görə, bu qanun layihəsi ilə bağlı ABŞ öz mövqeyini izah etməyə davam edəcək.
“Biz hesab edirik ki, onların nəzərdən keçirdikləri qanun Gürcüstanı təhlükəli trayektoriyaya salacaq, Gürcüstanın Avro-Atlantik yolunu təhlükə altına salacaq və ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirəcək. Biz bunu izah etməyə davam edəcəyik və Gürcüstan hökuməti öz qərarını verməlidir" , - deyə o, qeyd edib.
"Xarici təsirin şəffaflığı" qanun layihəsini Gürcüstan qəbul etsə ABŞ hansı tədbirləri görəcək sualına Metyu Miller konkret cavab verməyib: "Mən sanksiyalar, nə edə biləcəyimiz və ya nəyi nəzərdən keçirdiyimiz barədə heç bir açıqlama verməyəcəyəm".
ABŞ Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Cim O'Brayen "Amerikanın səsi"nə müsahibəsində deyib ki, Gürcüstan hökuməti Rusiya qanunu adlanan qanunu qəbul etsə, vəziyyət bizim üçün aydın olacaq.
“Gürcüstan ötən ilin payızında Avropa Birliyinə üzv olmaq istədiyini açıqladı və Avropa Birliyi Gürcüstanı namizəd kimi elan etmək qərarı verəndə biz çox sevindik. İndi təhlükədə nə var hökumət Rusiyaya əsaslanan qanunlar qəbul etmək istədiyinə qərar verərsə, bu mümkün olmayacaq. Bu baş verərsə, [vəziyyət] bizə aydın olacaq. Əgər hökumət desə - biz Avropa İttifaqına daxil olmaq istəmirik, başqa bir şey istəyirik, onda nə edəcəyimizlə bağlı çox fərqli söhbətimiz olacaq. Ümid etdiyimiz və görmək istədiyimiz dünən cənab Kopmanla deyilənlərdir ki, onlar bizimlə bu qanunun Avropa standartlarına uyğunlaşdırılması barədə danışmağa başlayacaqlar”, - O'Brayen bildirib.
Avropa Şurasının prezidenti Şarl Mişel bəyn edib ki, Gürcüstanın gələcəyi Aİ-yə məxsusdur. Bu tarixi şansı qaçırmayın. ABŞ Dövlət katibinin müşaviri Derek Şol da Tbilisiyə öz iradını bildirib.
Rəsmi Tbilisi də Qərbin bu addımına cavab verib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X" sosial şəbəkəsində yazıb: “Mən Avropa Şurasının prezidenti Şarl Mişellə 'Xarici təsirin şəffaflığı haqqında' və 'Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında' qanun layihələri barədə danışmışam".
Hökumət başçısı qeyd edib ki, Avropa Şurasının Prezidenti ilə telefon söhbəti zamanı o, 2020-2023-cü illərdə Gürcüstanda inqilab təşkil etmək üçün iki cəhddə xaricdən maliyyələşən təşkilatların fəal iştirak etdiyini diqqətə çatdırıb.
"Təəssüf hissi ilə bildirdim ki, çoxsaylı təkliflərə baxmayaraq, tərəfdaşlar 'Şəffaflıq haqqında' qanun layihəsi ilə bağlı substantiv müzakirədən yayınırlar. Bundan əlavə, qeyd etdim ki, indiyədək biz sözügedən qanun layihəsinə qarşı heç bir arqument eşitməmişik. Bu qanun layihəsinin yeganə məqsədi müvafiq təşkilatların Gürcüstan cəmiyyəti qarşısında şəffaflığını və hesabatlılığını təmin etməkdir.
Mən Avropa Şurası prezidentinin diqqətini ona yönəltdim ki, xaricdən maliyyələşən təşkilatlar 2020-2023-cü illərdə Gürcüstanda inqilab təşkil etmək üçün iki dəfə cəhddə fəal iştirak ediblər. Bununla bağlı qeyd etdim ki, şəffaflıq haqqında qanunun qəbulu Avropa İttifaqının əsas tövsiyəsinin - depolarizasiyanı təmin etmək üçün zəruri şərtdir' , - İrakli Kobaxidze qeyd edib.
Qeyd edək ki, Gürcüstan hökuməti öz mövqeyndə haqlıdır. Çünki bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür.
Eyni ssenari 2004-cü ildə Gürcüstanda artıq tətbiq olunmuşdu. Hakimiyyətə gətirilmiş Saakaşviliyə yalan vədlır verildi, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. Rusiya qoşunları isə Tbilisinin bir neçə km yaxınlığına gəlib çatdılar. Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı və nəticədə uduzan Gürcüstan cəmiyyəti oldu.
Baş verənlər ABŞ başda olmaqla Qərbin gürcü xalqına qarşı təxribatı idi. İndi bu təxribatın yenidən təkrarlanmasına cəhd olunur. Ancaq 2004-cü ildən fərqli oçaraq, gürcü xalqı təhlükəni görür və avantüraya getmir. Yaxşı olardı ki, Gürcüstan hakimiyyəti Qərbin əsl niyyətini illər əvvəl görəydi və yeni avantüranın bu qədər ayaq açmasına imkan verməyəydi. Çünki ötən illər ərzində Qərb Gürcüatanda çox güclü şəbəkə qurub. Ölkədə fəaliyyət göstərən 25 minə yaxın QHT-nin böyük hissəsini maliyyələşdirir və öz iradəsinə uyğun idarə edir.
Gürcüstan cəmiyyətində çox ciddi dəyişikliklər baş verdi, narkomaniya, milli mənəvi dəyərlərin aşınması, cinsi azlıqlar hərəkatının geniş vüaət alması və s.
Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya gedib, aşağı işlərdə işləyir. Oxşar proses Ukraynada da müşahidə olunmuşdu. Hər dəfə hansısa preferensiyalar müqabilində Gürcüstandan dəhşətli güzəştlər tələb olunur, Gürcüstan cəmiyyətinin əsasları laxladılır.
Hadisələrin belə inkişaf etməsi ən pis halda Gürcüstanın yeni Ukraynaya çevrilməsi ilə nəticələnəcək. Yaxşı halda isə gürcü xalqı milli identikliyi olmayan topluma çevriləcək.
Hazırda gürcü cəmiyhətinin müqaviməti Amerikanın və Qərbin regiondan qovulması prosesinin təzahürüdür. Bu proses ilk öncə Azərbahcanda başladı.
2010-cu ildən başlayaraq Amerikanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı, NED təşkilatının Bakı ofisinin rəhbəri oıan Aleks Qriqorevs kimi təxribatçıların cəmiyyəti, gəncləri qiyama qaldırmaq cəhdləri iflasa uğradıldı, QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. Maraqlıdır ki, bu gün xarici agent qanununun qəbul olunmasına qarşı sərt çıxış edən Amerika özü bu qanunu hamıdan əvvəl qəbul edib, Aİ də də müvafiq hüquqi aktlar fəaliyyətdədir.
ABŞ, Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. Azərbaycan istəməzsə, bu regionda ayaq aça bilməyəcək. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək, sanksiyaların heç bir nəticəsi olmayacağını anlayaraq bu addımdan da geri çəkiləcəklər.
Bu gün Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb.
Bu gün Ermənistan 2004 cü ildəki Gürcüstanın yolunu gedir, Paşinyanı da Saakaşvilinin aqibəti gözləyir. Həmçinin Moldovanın fəallığı da ona yaxşı heç nə vəd etmir.
Politoloq Elşən Manafov "Xalq Cəbhəsi"nə deyib ki, Cənubi Qafqazın geosiyasi konfiqurasiyasının dəyişdirilməsi hazırda Qərbin regionla bağlı fəaliyyətində prioritet vəzifələrdən biridir. Regionda öz siyasətini milli maraqlar üzərində quran siyasi elitalar bəlli konfiqurasiyanın xaricdən müdaxilələr hesabına dəyişdirilməsinə yol vermək iştəmədiklərindən hazırda Qərbdəki bəlli dairələr tərəfindən ciddi təhdidlərə məruz qalıblar.
O, qeyd edib ki, Gürcüstanda yaşananlar məhz bəlli təhdidlərin nəticəsidir. Hakim "Gurcu arzusu" partiyasının təşəbbüsü ilə parlamentdə müzakirəyə çıxarılmış "Xarici agentlər haqqinda qanun”un Rusiyanın sifarişi ilə gündəmə gəldiyini iddia edən ölkə müxalifəti qanunun qəbul olunmasını əngəlləyə bilmədiyimdən Qərbin ismarıclarından çıxış edərək etiraz elektoratının dəstəyi ilə hadisələrə müdaxilə etməyi qərara alıb. Qanunun ölkə parlamentində müzakirəsi zamanı müxalifət 82 səsə qarşı 27 səslə azlıqda qaldiğından qarşıdurmanı küçələrə çıxarmağa qərar verdi.
Bulanıq suda balıq tutmaq istəyənlərin arzusu anlaşılandır əlbəttə: “Qərbin çağırışlarına nəzərən Gürcüstanda 5-ci kolonun hərəkətə keçməsi qəbul olunacaq yeni qanunun iqtidarın ona qarşı mübarizəsinə huquqi baza yarada biləcəyi ilə realliqlardan irəli gəlir.
Hazırda Gürcüstanda Qərbin maliyyə dəstəyi ilə fəaliyyət göstərən QHT-lərdə 300 mindən artıq insan çalışır. Onlar bu və ya digər şəkildə Qərbin Gürcüstanda təsir agentləridirlər.
İlk baxışda Gürcüstanda demokratiya və vətəndaş cəmiyyəti institutları kimi fəaliyyət göstərən bu QHT-lərin əhəmiyyətli hissəsi gürcü müxalifəti ilə bağlı olub onun fəaliyyətinə Qərbdən maliyyə dəstəyinin həyata keçirilməsinə xidmət edirlər: “Ölkənin ikinci qızılgül inqilabına sürüklənməsi, Qərb tərəfindən onların qarşısında qoyulan mühüm vəzifələrdən biridir.
Hazırda iqtidarda olan “Gürcü arzusu” partiyasının Rusiya ilə qurduğu münasibətlər Qərbi qane etmir. İvanaşvilinin partiyası Qərbə inteqrasiyanın davamlı olaraq həyata keçirilməsində qərarlı olmasına baxmayaraq, onun Rusiya ilə münasibətləri ölkənin milli maraqlarına uyğun şəkildə qurmağı qlobalistlərin ürəyindən deyil. Vəziyyətin dəyişdirilməsi zərurəti muxalifəti 5-ci kolonun dəstəyi ilə hücuma keçməyə sövq edib.
Muxalifət hakim partiyanı Rusiya ilə münasibətlərin məzmun və xarakterinə görə tənqid edərək, yeni qanunun Rusiyanın ölkədə hadisələrə müdaxilə imkanlarına şərait yaradacağını bəyan edir, hətta qanun layihəsinin Rusiyada hazırlandığı barədə iddialar səsləndirilir. Bu müxalifətin zərbələri qurşaqdan aşağı endirmək istəklərindən başqa bir şey deyil. Zira, müxalifət bu məzmunda ilk qanunu zamanında ABŞ-da hazırlandığını gözəl bilir. Keçən əsrin 50-ci illərində ABŞ-da konqresmen Makkartinin təşəbbüsü ilə ölkədə Sovet agentlərini müəyyənləşdirmək məqsədilə qəbul olunmuş qanun ABŞ-da makkartizm dalğasının tuğyan etməsinə və "əcinnə ovuna" rəvac vermişdi. Sonralar senator Makkartinin dövlət idarələrində kommunist axtarışlarında əsl niyyətin külli miqdarda pul mənimsəmək istəyi olduğu aşkar edilmişdi”.
Gürcu muxalifəti parlamentdə qəbul ediləcək qanunun gürcüsayaği makkartizm olacağını bəyan edir, gerçəkdə isə, qanunun ölkədə xarici agentura şəbəkəsinin izinə düşməyə hüquqi əsas verəcəyi bəllidir. Qərb anlayır ki, regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsində Gürcüstanın tranzit imkanlara malik ölkə kimi imkanları genişdir. Ölkə ərazisindən Qərbin enerji təhlükəsizliyində özünəməxsus rolu olan neft və qaz kəmərləri keçir. Zamanında Qərb Transxəzər layihəsinin tərkib hissəsi olaraq bu kəmərlərin Gürcüstan üzərindən keçməsi üçün ciddi invenstyisalar yaratmış, onların təhlükəsizliyinin qarantı olaraq Qərblə bağlılığı şübhə doğurmayan Saakaşvilini hakimiyyətə gətirmişdi. Lakin, onun Qərbin vədlərinə uyaraq siyasi avantüraya getməsi özunə və komandasına baha başa gəldi: “Gürcü xalqı onun milli maraqlarına xidmət edəcək “Gürcü arzusu”na mənfəət verib iqtidara gətirdiyi gündən qlobalistlər revanş arzusu ilə yaşayırlar.
Qərbə Gürcüstanda onun çaldığı havaya oynayacaq yeni elita lazimdir, lakin o milli deyil, qlobalist maraqlara köklənməlidir”.

Cavid