• 21 Fevral 2024
logo
İrəvan destruktiv addımlardan əl çəksə... - Çelik

İrəvan destruktiv addımlardan əl çəksə... - Çelik

Ermənistan destruktiv addımlardan əl çəkərsə, "3+3" formatı bölgədə sülh üçün böyük dəstək olacaq.

Baymedia.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik deyib.

"Türkiyə bölgədə rolunu Azərbaycanla, cənab Əliyevlə tam koordinasiyalı şəkildə davam etdirir. Xüsusi nümayəndələrin də prosesdə iştirakı var ki, bu da “gəlin məsələni həll edək, imperialistləri, bölgədən kənar xarici gücləri bu məsləyə qatmayaq” prinsipinə əsaslanır", - Çelik qeyd edib.