• 19 Mart 2024
logo
Vuçiç Ərdoğandan kömək istədi: ABŞ və AB məyusdur

Vuçiç Ərdoğandan kömək istədi: ABŞ və AB məyusdur

Kosovada albanlarla serblər arasında münasibətlər yenidən kəskinləşib. Hazırkı böhran aprel ayına, Kosova serblərinin yerli seçkiləri boykot etdiyi vaxta təsadüf edir. Belə ki, seçkilərdə iştirak faizi aşağı olub. Nəticəsində etnik albanlar əsasən serblərdən ibarət yerli şuralara nəzarəti ələ keçiriblər. Təbii ki, bu, köhnə düşmənçiliyi yenidən alovlandırıb. Serbiya dövlətinin müdafiə etdiyi yerli serblər davakar şəkildə küçələrə axışıb. NATO-nun 30 əsgəri serblərlə qarşıdurma zamanı xəsarət alıb.
Baymedia.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
O bildirib ki, ABŞ və AB gərginliyi azaltmağa çalışır, ancaq bu, heç cür mümkün olmur:
“Sirr deyil ki, Türkiyənin Kosova və Serbiya ilə isti münasibətləri var. Türkiyə Ukrayna ilə Rusiya arasında taxıl anlaşmasına nail olduqdan sonra Balkan ölkələrində rəsmi Ankaranın nüfuzu xeyli artıb. Artıq Serbiya Prezidenti Aleksandar Vuçiç Tayyib Ərdoğana zəng vurub. Yaranmış gərginliyin aradan qaldırlması üçün vasitəçilik etməyi xahiş edib.
Müşahidəçilər qeyd edir ki, Türkiyə iki ölkə arasında yaranmış problemin aradan qaldırlmasına yardım edə bilər. Türklər tarixən alban və serblərlərlə eyni coğrafiyanı bölüşüb. Məsələ ondadır ki, nə ABŞ, və də AB Türkiyənin Balkanlarda yenidən söz sahibinə çevrilməsini istəyir.
O da bəllidir ki, Serbiya tarixən Rusiya ilə yaxın olub. Türkiyənin Rusiya ilə xoş münasibətdə olması da bu məsələdə Türkiyənin xeyrinə işləyə bilər.
Siyasi təhlilçilər bildirir ki, indiki məqamda ABŞ-a Avropada silahlı münaqişə qətiyyən lazım deyil:
“Amerika Çinlə bağlı problemlərinə köklənmək istəyir. Ona görə də Avropada Amerikanın fikrini yayındıra biləcək münaqişənin alovlanmasından ciddi şəkildə narahatdır.
Üstəlik, Türkiyənin Balkanlarda yenidən möhkəmlənməsinə imkan yarada biləcək situasiyanın ortaya çıxması da Vaşinqtonun ürəyincə deyil”.