• 28 Mart 2024
logo
Türkiyədə ard-arda qar uçqunları - Ölənlər var

Türkiyədə ard-arda qar uçqunları - Ölənlər var

Türkiyənin Van vilayətində qar uçqunu baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub.

Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, uçqun altında 10-15 nəfər qala bilər.

Hazırda itkin düşənlərin axtarışları aparılır.

Qeyd olunur ki, birinci uçqun baş verdikdən sonra, itkin düşənlərin axtarışları davam edərkən ikinci uçqun baş verib.

Qar uçqununda Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orhan da xəsarət alıb. O, uçqunun altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.