• 16 Aprel 2024
logo
Türkiyənin Samsun limanında partlayış baş verdi

Türkiyənin Samsun limanında partlayış baş verdi

Türkiyənin Samsun limanında partlayış baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
“Məlum olmayan səbəbdən Samsun limanında partlayış baş verib. Liman ərazisinə yanğınsöndürmə briqadaları göndərilib, partlayışdan sonra orada yanğın başlayıb”, - telekanalın məlumatında bildirilib.
Zərərçəkənlər və partlayışın səbəbləri barədə məlumat yoxdur.
Hadisə ilə bağlı araşdırmalar aparılır.