• 27 İyul 2024
logo
Türkiyə Ukraynada “Bayraqdar”ın istehsalından imtina edib?

Türkiyə Ukraynada “Bayraqdar”ın istehsalından imtina edib?

Türkiyə Ukraynada “Bayraqdar” zavodunun inşasından imtina edib.
Baymedia.az xəbər verir ki, bu barədə Ukraynanın “Rezident” Teleqram kanalı Prezident Ofisindəki mənbəyə istinadla məlıumat yayıb.
“Prezident Ofisindəki mənbəmiz məlumat verdi ki, “Bayraqdar” rəhbərliyi Yermaka (Ukrayna Prezident Ofisinin rəhbəri – red.) qeyri-rəsmi şəkildə Türkiyə pilotsuz təyyarələrinin Ukraynaya tədarükünün azaldılmasının Ərdoğan administrasiyasının tələbi olduğunu deyib. Rusiya Türkiyə ilə qaz anlaşmasına “Bayraqdar”ın Kiyevə tədarükünün dayandırılması ilə bağlı bənd əlavə edib”, - məlumatda qeyd olunub.