• 11 Avqust 2022
logo
Ərdoğan Putin və Zelenski ilə taxıl böhranını müzakirə edəcək

Ərdoğan Putin və Zelenski ilə taxıl böhranını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri ilə telefon danışığı aparacaq.
Bu barədə o, NATO-nun Madrid Sammitindən sonra keçirilən mətbuat konfransı zaman deyib.
O qeyd edib ki, bu həftənin sonu və ya gələn həftə baş tutacaq telefon danışıqları zamanı Putin və Zelenski ilə Ukrayna limanlarından taxılın çıxarılması müzakirə olunacaq.