• 8 Sentyabr 2024
logo
Kobani hadisələri ilə bağlı istintaq təzələnib, saxlanılanlar var

Kobani hadisələri ilə bağlı istintaq təzələnib, saxlanılanlar var

Türkiyədə “Kobani hadisələri” ilə bağlı başlanan cinayət işinin istintaqı təzələnib.
Türkiyənin NTV kanalının xəbərinə görə, bununla bağlı məhkəmələr tərəfindən aralarında bələdiyyə işçiləri olmaqla, bu hadisələri maliyyələşdirməkdə təqsirli bilinən 91 nəfər barəsində qiyabi həbs qərarı çıxarılıb, 46 nəfər isə artıq saxlanılıb.
Qeyd edək ki, 2014-cü ildə Kobani hadisələri zamanı Diyarbəkirdə 31 nəfər, o cümlədən iki polis əməkdaşı ölüb, 460 insan yaralanıb. Bu işlə əlaqədar 2019-cu ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş həbs edilib. Məhkəmənin qərarı ilə Səlahəddin Dəmirtaş 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.