• 2 İyul 2022
logo
İran məsulları Azərbaycana qarşı haqsızlıqları etiraf edir: "Bölgəyə sərmayə qoymaq istəmirlər"

İran məsulları Azərbaycana qarşı haqsızlıqları etiraf edir: "Bölgəyə sərmayə qoymaq istəmirlər"

Güney Azərbaycanda yeraltı və yerüstü qaynaqları başqa bölgələrə daşınması cidi narazılıqlar yaradıb. Rejimin bir sıra yerli məmurları da bunu etiraf etməyə məcbur edib.
Problemlər bağlı danışan Vərziğanın cümə imamı Mehdi Purməhəmməd deyib:
“Hamı bilməlidir ki, İran Milli Mis Şirkəti Azərbaycana diqqət ayırmır və sərmayə qoymaq istəmir”-deyə, cümə imamı Azərbaycana qarşı olan ədalətsizliyə işarə edib.
Yerli “Avayi Vərziğan” xəbər xəbər portalının yazdığına görə, Mehdi Purməhəmmədi bildirib ki, ötən həftə İran Mis Şirkətinin başçısı bölgəyə gizli səfər edib.
“Bölgə əhalisi bu qədər təbii sərvətlərdən pay yiyəsi olmaq, işləmək və məişət problemlərini həll etmək istəyirlər.
Əhali məsullardan yalan vədlər deyil, iş yerlərini açılması istəyir”-deyə, M.Purməhəmmədi İran Milli Mis Şirkətinin Azərbaycanda emal zavodunun tikintisində maraqlı olmadığını qabardıb.
O, əhalinin ağır durumda olduğuna diqqət çəkib.
M.Purməhəmmədi deyib ki, şirkətin bölgədə iş yerlərinin yaradılması ilə bağlı 3 il bundan öncədən verdiyi vədlərin heç biri yerinə yetirilməyib.
Onun sözlərinə görə, reallıq göstərir ki, şirkət bölgədə kapital yatırmaqda maraqlı deyil.
M.Purməhəmmədi bundan öncə də bir neçə dəfə Süngün mis mədəni ilə bağlı çıxış edib. O, mədən istismarçılarının bölgə əhalisinin taleinə biganə olduqlarını tənqid edib.
Bundan öncə 2018-ci ilin avqust ayında da M.Purməhəmmədi yerli əhalinin çox saylı etirazları səbəbindən məsələ ilə bağlı çıxış etmişdi.
“Vərziğanın Süngün Mis Mədənində bu günə qədər baş verənlər bölgə əhalisinin tələbi deyil, əhalinin tələbi heç bir şəkildə təmin olunmayıb. Bölgə əhalisi zəhmətinin nəticəsini görmək istəyir.
Məhsulun xaric ölkələrə və ya ölkə daxilində xammal kimi satılması eyni şeydir.
Nə üçün bu qədər yük maşını Kirmana xammal daşımalıdır. Bunun çoxlu xərci var və 50 sürücünün işlə təmin olunmasından başqa heç bir xeyiri yoxdur”- deyə, o, yerli əhalinin işsiz qaldığını, bölgə sərvətlərinin başqa əyalətlərə daşındığını vurğulamışdı.
Qeyd edək ki, Süngün Yaxın Şərqin (Orta Doğu) ən böyük mis mədənidir. İranın mis ehtiyacının 40 faizi bu mədəndən təmin olunur. Buradan əldə edilən xam mal emal olunmadan Kirman əyalətinə aparılaraq orada emal olunur.
Ötən ilin avqust ayında Vərziğanın İran parlamentindəki nümayəndəsi Allahverdi Dehqani bu mədəndən əldə edilən illik 13 min milyard gəlirdən Azərbaycanın payına heç nə düşmədiyini bildirmişdi.
A.Dehqani daha öncə də Süngün mədənindən əldə olunan gəlirlərdən yerli xalqa pay düşmədiyini bildirib, hökumətin ədalətsiz siyasiətini tənqid etmişdi.
“Bizim payımıza sadəcə bu mədəndə fəhləlik edib maaş almaq düşüb"- deyən millət vəkili mədənin gəlirlərinin ən azından 50 faizinin Şərqi Azərbaycan əyalətinin inkişafı üçün sərf olunmasını tələb etmişdi.
Qeyd edək ki, Süngün mis mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələrinə, o cümlədən Kirman əyalətinə daşınır.
Bu şəkildə mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.
Gunaz.tv