• 13 Fevral 2025
logo
"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətindən Xuzistana dəstək: "İran rejimi su istəyən dinc ərəb xalqını güllələyir"

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətindən Xuzistana dəstək: "İran rejimi su istəyən dinc ərəb xalqını güllələyir"

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti Xuzistanda baş verən aksiyalara dəstək verib.
Bu barədə "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin rəhbəri Jalə Təbrizi açıqlama yayıb.
"“Ümmumdünya İnsan Haqları Bəyannaməsinə əsasən hər kəsin ilkin yaşayış imkanlarına sahib olmaq hüququ var” prinsipini bir daha xatırladıdır. İran İslam Cumhuriyyəti Əhvazda baş verən faciələrin səbəbkarıdır”-deyə, o, yazıb.
Azərbaycan İnsan Haqları Cəmiyyətinin rəhbəri bəyan edib ki, bütün beynəlxalq insan haqları təşkilatları və azadlıq sevən insanlar bu həssas dönəmdə ərəb xalqının insan haqlarını müdafiə etməlidir:
"Onları sosial tələblərə qarşı güllə ilə cavab verən qeyri-legitim rejim qarşısında tək qoymamalarını istəyirik".
Qida, geyim, yaşayış yeri, iş və təhlükəsizlik hüququ, Ümumdünya İnsan Hüquqları və Mülki Hüquqlar Bəyannaməsinin prinsiplərindən biri olduğunu vurğulayan Jalə Təbrili bildirib ki, İran İslam Respublikası rejimi Əhvaz ərəblərini əsas ehtiyaclarının böyük bir hissəsindən məhrum edib.
"Ərəblər neft və qaz yataqları ilə zəngin, onlarla bol sulu çayın mövcud olduğu yerlərdə yaşayırlar. Ancaq istismarçı islam cumhuriyyəti çayların axınını İranın mərkəzi yaylasına tərəf dəyişdirərək Əhvaz ərəblərini içməli sudan və əkinçilik, heyvandarlıq üçün lazım olan sudan məhrum edib.
İran rejimi ərəblərə qarşı təhlükə kimi baxır və onların yurdlarını yaşayış üçün yararsız duruma salmaqla onların başqa bölgələrə köçməsinə çalışır.
İndi ərəblər ayağa qalxaraq Əhvazın dağıdılması prosesinin dayandırılmasını, su anbarlarından 5 milyon susuz insa su payı verilməsini istəyirlər.
Kənd təsərrüfatı və heyvandarlıq sahələri susuzluqdan məhv olub. Ərəb gəncləri işsizdir. Su olmadığı üçün əkinçilər və heyvandarlarin fəaliyyəti iflic olub.
Hökumət vətəndaşların su ehtiyacını və minimum yaşayış imkanlarını təmin etməyə borcludur. Ancaq islam cümhuriyyəti ərəblərin dinc etirazlarına güllə ilə cavab verir və boş əllə aksiyaya qatılanları güllələyir"-deyə, "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin yaydığı bildirişdə qeyd olunur.
"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətiİran İslam Cümhuriyyəti rejimini Əhvazda baş verən faciələrin səbəbkarı kimi tanıyır.
Təşkilat Əhvaz ərəblərinin haqlı tələblərini dəstəklədiyini və su istəyən əhaliyə qarşı repressiyalara əl atan İran İslam rejimini qınadığını bəyan edib.
"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti bir daha bütün beynəlxalq insan haqları təşkilatları və azadlıq sevən insanları olaya biganə qalmamağa, Əhvazın ərəb xalqının insan haqlarını müdafiə etməyə, onların sosial istəklərinə güllə ilə cavab verən qeyri-legitim rejimi məhkum etməyə çağırıb.
“Azərbaycan İnsan Haqları Cəmiyyəti”-ƏRK-in başçısı Jalə Təbrizi
Gunaz.tv