• 23 Aprel 2024
logo
“Qarabağ”ın “Bayer”lə oyunlarının başlama saatı

“Qarabağ”ın “Bayer”lə oyunlarının başlama saatı

"Qarabağ"ın Avropa Liqasının 1/8 finalında "Bayer"lə oyunlarının başlama saatı müəyyənləşib.

Baymedia.az xəbər verir ki, komandalar arasında ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

Cavab oyunu martın 14-də Leverkuzendəki "BayArena" stadionunda keçiriləcək və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubun Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.