• 5 Mart 2024
logo
Avropa Kuboku: “Sabah” basketbol klubu bu gün növbəti oyununu keçirəcək

Avropa Kuboku: “Sabah” basketbol klubu bu gün növbəti oyununu keçirəcək

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.

Baymedia.az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı ikinci sınağında Şimali Makedoniyanın “Rabotniçki” komandası ilə qarşılaşacaq.

Skopyedəki “Kale Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, “Sabah” qrupdakı ilk oyununda Niderlandın “Donar” klubunu 75:72 hesabı ilə məğlub edib.