• 1 Dekabr 2022
logo
UEFA yeni turnir yaradır

UEFA yeni turnir yaradır

UEFA Superkuboku ləğv olunur.

Baymedia.az-ın məlumatına görə, qitə futbol qurumu turniri yenisi ilə əvəz etməyi planlaşdırır.
Superkubokun əvəzinə 4 komandanın iştirakı ilə yeni yarış keçiriləcək. Bura MLS klubları da dəvət alacaq.

Bu, daha yüksək qazanc əldə etmək məqsədi daşıyır. Belə variant İspaniya Superkuboku modelini xatırladacaq.

Yarışda Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və MLS təmsilçisi mübarizə aparacaq. Bu turnir yayda və Avropadan kənarda baş tutacaq.

Qeyd edək ki, Superkubok 1972-ci ildən keçirilir.