• 16 İyul 2024
logo
Məşhur futbolçu evində döyüldü, qarət olundu

Məşhur futbolçu evində döyüldü, qarət olundu

"Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb.
Ən azı 4 qarətçi 33 yaşlı hücumçunu odlu silahla hədələdikdən sonra döyməyə başlayıb. Daha sonra onlar qaçaraq, aradan çıxıblar.
Hadisə ilə bağlı futbolçunun həyat yoldaşı polisə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq "Barselona"ya yanvarda azad agent kimi keçib. O, İspaniya klubunda 24 oyuna 13 qol və 1 məhsuldar ötürmə müəllifi olub.