• 2 İyul 2025
logo
Portuqaliya yığmasının Bakıya gələcəyi tarix bəlli olub

Portuqaliya yığmasının Bakıya gələcəyi tarix bəlli olub

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya yığmasının sentyabrda keçirəcəyi oyunlarının proqramı müəyyənləşib.
Kriştiano Ronaldonun kapitanı olduğu komandanın Bakıya gələcəyi tarix də bəllidir.
Sentyabrın 1-də “Alqarve” stadionunda İrlandiyanı qəbul edəcək Fernado Santosun yetirmələri üç gün sonra Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək. Komanda sentyabrın 6-da isə Bakıya gələcək və millimizdə qarşılaşma üçün son məşqinə çıxacaq. Ertəsi gün Canni de Byazinin yetirmələri Bakı Olimpiya Stadionunda güclü rəqibini qonaq edəcək.
Qeyd edək ki, yığmamız Portuqaliya ilə oyuna qədər sentyabrın 1-də Lüksemburqun, 4-də isə İrlandiyanın qonağı olacaq.