• 12 İyul 2025
logo
Azərbaycan millisinin oyunlarında VAR-dan istifadə olunacaq

Azərbaycan millisinin oyunlarında VAR-dan istifadə olunacaq

DÇ-2022-nin Avropa seçmə mərhələsində bu ilin sentyabrından etibarən keçiriləcək bütün oyunlarda VAR (video-köməkçi hakim) sistemi tətbiq olunacaq.
Bu barədə qərarı UEFA İcraiyyə Komitəsi verib.
Azərbaycan millisinin görüşlərində də VAR-dan istifadə olunacaq. Yığmamız DÇ-2022-nin seçmə mərhələsində daha 5 matç keçirəcək. Komandamız növbəti ev oyunu sentyabrın 7-də Bakıda Portuqaliya millisinə qarşı olacaq.