• 7 Dekabr 2023
logo
Azərbaycan millisi Avropa çempionatının oyunları üçün Gürcüstana yollanıb

Azərbaycan millisi Avropa çempionatının oyunları üçün Gürcüstana yollanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2021-in seçmə mərhələsinin Mingəçevirdə start götürən hazırlıqlarını qonşu ölkədə yekunlaşdıracaq.

Baş məşqçi Fərid Cəlalov koronavirusa yoluxduğundan turnirə Pərviz Səmədovun rəhbərliyi altında qatılacaq komandamız məşqlərini Tbilisidə davam etdirəcək. Millimiz mayın 7-9-da bu şəhərdə keçiriləcək I dövrə ərəfəsində yoxlama matçında da qüvvəsini sınamağı planlaşdırır.

Qeyd edək ki, yığmamız seçmə mərhələnin I dövrəsi çərçivəsində mayın 7-də Monteneqro, ertəsi Gürcüstan, ayın 9-da Yunanıstanla görüşəcək.