• 24 Yanvar 2021
logo
“Qalatasaray” Türkiyə kubokunda mərhələ adlayıb

“Qalatasaray” Türkiyə kubokunda mərhələ adlayıb

Türkiyə kubokunda 1/8 final mərhələsi başlayıb.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 matç baş tutub.

“Antalyaspor” aşağı liqa təmsilçisi “Bursaspor”un qonağı olub. Super Liqa təmsilçisi qarşılaşmanın taleyini ilk yarıdakı üç qolla həll edib.

Digər 1-ci liqa təmsilçisi “Adana Dəmirspor” “Sivasspor”a layiqincə müqavimət göstərib. Sivaslılar yalnız əlavə vaxtda vurulan topla 1/4 finala adlayıb.

Günə “Qalatasaray”ın oyunu ilə yekun vurulub. İstanbul təmsilçisi “Yeni Malatyaspor”un qonağı olub. Matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Qalatasaray” mərhələ adlayıb.

Qeyd edək ki, 1/8 final mərhələsinə yanvarın 14-də yekun vurulacaq.

Türkiyə kuboku
1/8 final
12 yanvar
“Bursaspor” – “Antalyaspor” – 0:3
Özmert, 6 (pen.), Bayrakdar, 33, Yahoviç, 36
“Sivasspor” – “Adana Dəmirspor” – 2:1, əlavə vaxtda
Öztekin, 37, Yatabare, 116 – Akgün, 43
“Yeni Malatyaspor” – “Qalatasaray” – 1:1, pen. 6:7
Bulut, 102 – Luindama, 120