• 26 Aprel 2024
logo
Fernandinyo “Mançester Siti”dən ayrılacaq

Fernandinyo “Mançester Siti”dən ayrılacaq

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Fernandinyo Premyer Liqa təmsilçisini tərk edəcək.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını MLS-də davam etdirməyə yaxındır.

Onun xidmətində “Nyu-York Siti” maraqlıdır. Mançester təmsilçisi təcrübəli braziliyalını heyətində görmək istəyir.

35 yaşlı cənubi amerikalı daha çox vətəninə qayıtmağın tərəfdarıdır. O, “Atletiko Paranaense”də oynamaq arzusundadır.

Qeyd edək ki, Fernandinyo cari mövsüm 16 oyunda 1 qol vurub.