• 19 May 2024
logo
İranlı qapıçı azarkeş xanıma görə futboldan uzaqlaşdırıldı

İranlı qapıçı azarkeş xanıma görə futboldan uzaqlaşdırıldı

İranın “İstiqlal” klubunun qapıçısı Hüseyn Hüseyni meydançada xanım azarkeşi qucaqladığına görə diskvalifikasiya edilib.

Baymedia.az xəbər verir ki, məlumatı İranın idman saytları yayıb.

Bildirilir ki, hadisə “İstiqlal”-“Arak” oyunu zamanı baş verib.

Meydançaya qaçan xanım azarkeş 31 yaşlı qapıçını qucaqlayıb. Bu hərəkət islam qaydalarına zidd olduğuna görə oyunçu futboldan uzaqlaşdırılmaqla cəzalandırılıb.

Hüseyni həmçinin 200 milyon rial (təxminən 4500 avro) məbləğində cərimə ödəyəcək.