• 27 Aprel 2024
logo
UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı

UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı

UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.

Baymedia.az xəbər verir ki, bu barədə qərarı UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi verib.

Oyunun rəsmi şəxsini - hakimi təhqir edən Elvin Cəfərquliyev UEFA klub turnirlərdindən iki oyunluq diskvalifikasiya edilib.

“Qarabağ”ın futbolçusu “Bayer”lə 1/8 finalın ilk matçını buraxsa da, cəzanın çəkilməyən hissəsi növbəti mövsümə qalıb. Almaniya klubu ilə cavab görüşündə aldığı qırmızı vərəqəni də nəzərə alsaq, Cəfərquliyev 2024/25 mövsümünə iki matçlıq diskvalifikasiya ilə başlayacaq.