• 27 Aprel 2024
logo
Millimiz Çerçesova tapşırılır? – AFFA-dan reaksiya

Millimiz Çerçesova tapşırılır? – AFFA-dan reaksiya

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat katibi Elnur Məmmədli Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesovun milli komandaya baş məşqçi təyin oluna biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

Baymedia.az xəbər verir ki, bu barədə o, “Sport24”ə açıqlamasında deyib.

E.Məmmədlinin sözlərinə görə, millinin yeni baş məşqçisi ilə bağlı qərar Federasiyanın işçi qrupunun iclasından sonra müzakirə olunacaq.

“Hazırda nə Stanislav Çerçesov, nə də başqası ilə danışıqlar aparırıq. Rəsmi olaraq Azərbaycan millisinin baş məşqçi postu heç bir mütəxəssisə təklif olunmayıb”, - deyə mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya millisinin və Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Hacı Hacıyev S.Çerçesovun Azərbaycan yığmasına gələ biləcəyini demişdi.