• 27 Aprel 2024
logo
Gürcüstan və Ukrayna Avro-2024-ün bir addımlığında

Gürcüstan və Ukrayna Avro-2024-ün bir addımlığında

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının son üç iştirakçısı bu gün bəlli olacaq.

Baymedia.az xəbər verir ki, qələbə qazanan yığmalar Avro-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.

26 mart

Avro-2024

Pley-off mərhələsinin finalı

21:00. Gürcüstan-Yunanıstan

23:45. Ukrayna-İslandiya

23:45. Polşa-Uels

Gürcüstan - Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olacaq. Ukrayna - İslandiya duelinin güclüsü E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa - Uels matçında sevinən tərəf D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.