• 29 Mart 2024
logo
Novruz, Ramazan və Qurban bayramları günləri açıqlandı

Novruz, Ramazan və Qurban bayramları günləri açıqlandı

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
Baymedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərar imzalayıb.
Qərarla 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib
Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.