• 26 Oktyabr 2021
logo
Çindən təxliyə olunan azərbaycanlılar Türkiyəyə gətiriləcək - Səfir

Çindən təxliyə olunan azərbaycanlılar Türkiyəyə gətiriləcək - Səfir

Azərbaycan tərəfinin istəyi ilə Çində yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları ilə birgə təxliyə ediləcək.

Trend xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Çində yayılan koronavirusla bağlı Türkiyə 35 vətəndaşını oradan təxliyə edəcək: "Ölkə onlar üçün təyyarə göndərməyi planlaşdırır. Bizdə olan məlumata görə, orada yaşayan 6-7 nəfər Azərbaycan vətəndaşı da türkiyəlilərlə birgə təyyarə ilə Türkiyəyə gətiriləcək və lazım olan tədbirlər görüləcək".