• 20 Aprel 2024
logo
Ciddi problemdir, bəzi dərmanlar tapılmır - Deputat

Ciddi problemdir, bəzi dərmanlar tapılmır - Deputat

Son zamanlar ölkədə bəzi dərman vasitələrinin tapılmaması xəstə və həkimlər üçün problem yaradır. Xüsusilə, bu dərmanların alternativlərinin olmaması cətinlikləri ortaya qoyur.
Baymedia.az xəbər verir ki, bunu parlamentdə çıxış edən deputat Rəşad Mahmudov deyib.
“Yaranan vəziyyət problemin ciddi şəkildə həllini tələb edir. Birinci problem pandemiyanın dünya üçün yaratdığı sıxıntılar, istehlak və idxal zəncirindəki qopmalardır. Digər problem isə Rusiya-Ukrayna müharibəsidir ki, bu, həm qıtlıq yaradır, həm də qiymət artımına səbəb olur.
Dünya təcrübəsində dərmanların ölkəyə gətirilməsi ilə özəl şirkətlər məşğul olur, dövlət isə prosesə nəzarət edir və qiymətləri tənzimləyir. Qiymət tənzimlənməsini Səhiyyə Nazirliyi həyata keçirir. İndi qiymət artımı ilə birlikdə çevik reaksiya vacibdir. Dərman preparatlarını idxal edən şirkətlər qiymətlərin bahalığı səbəbindən onu ölkəyə gətirməyə maraq göstərmirlər”, - o bildirib.