• 20 Avqust 2022
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1457 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 168, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 671, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 125 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 772 490, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 356 988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 386, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 311 403, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 713 nəfər təşkil edir.