• 28 Mart 2024
logo
Azərbaycanda Ailə Nazirliyinin yaradılması təklif edilib

Azərbaycanda Ailə Nazirliyinin yaradılması təklif edilib

“Nə qədər inkişaf təmin edilsə də, hər zaman ailə institutunun problemləri olub”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransda deyib.
O bildirib ki, “Ailə günü” Azərbaycanda 2007-ci ildən qeyd olunur: “Bu istiqamətdə beynəlxalq təşkilatların üzərimizə qoyduğu tələblər yerinə yetirilir və milli qanunvericilik təkmilləşdirilir. Məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmağa çalışmaqdır. Qarşıda duran missiya qəlizdir -urbanizasiya və ailə, kəndlərdə ailə münasibətləri və s.”
Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qeyd edib ki, televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan antisosial ideyaların nümayişi artıb: “Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsini istəyərdik”.
Qeyd edək ki, konfransın əsas məqsədi dövlət ailə məsələləri mövzusunda ictimai müzakirələrin təşkili, həmçinin müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş effektiv mexanizmlərin yeni formatlarının müzakirəyə qoyulması olub.