• 27 Yanvar 2022
logo
Şahmar Mövsümov: “Son günlər Azərbaycanda koronavirusa yoluxma sayı kifayət qədər yüksəkdir”

Şahmar Mövsümov: “Son günlər Azərbaycanda koronavirusa yoluxma sayı kifayət qədər yüksəkdir”

“Dünyada pandemiya davam edir. Son günlər ərzində Azərbaycanda da koronavirusa yolxuma sayı kifayət qədər yüksəkdir”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün keçirilən brifinqdə həm cari vəziyyət, həm də növbəti addımlar haqqında məlumat veriləcək.
“Sentyabrdan növbəti məhdudiyyətlər tətbiq olunacaq”, - deyə Ş. Mövsümov qeyd edib.